
Moskvada “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində yanğın zamanı bir nəfər ölüb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***09:22
Rusiyanın Moskva vilayətində “Meqa Ximki” ticarət mərkəzində “OBI” hipermarketində partlayış baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın 7000 kvadrat metr ərazini əhatə edir.
Partlayışdan sonra binanın konstruksiyaları uçmağa başlayıb.
Hazırda yanğın davam edir. Hadisə nəticəsində xəsarət alanlar barədə hələ ki məlumat verilməyib.