İyulun 13-də günorta saatlarında Moskva vilayətində raket təhlükəsi elan olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə bölgənin Fövqəladə Halların Qarşısının Alınması və Aradan Qaldırılması üzrə Vahid Dövlət Sistemi (RSÇS) “MAX” platformasındakı kanalında məlumat yayıb.
Sakinlərə binalarda qalmaq, pəncərələrə yaxınlaşmamaq və ya sığınacaqlara keçmək tövsiyə olunub.
Küçədə və ya nəqliyyatda olan şəxslərə isə ən yaxın binaya, yeraltı keçidə və ya parkinqə sığınmaları tövsiyə edilib.
RSÇS bildirib ki, raket təhlükəsi ilə əlaqədar mobil internetin işində fasilələr yarana bilər.
Həmçinin pilotsuz uçuş aparatlarının və hava hücumundan müdafiə (HHM) sistemlərinin fəaliyyətinin çəkilişinin qəti qadağan olunduğu bir daha xatırladılıb.
Qeyd edək ki, Moskva vilayətində sonuncu dəfə raket təhlükəsi iyulun 10-da elan edilmişdi.
Əliyar Xəlil
Globalinfo.az