
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, anbardakı yanğın tamamilə söndürülüb.
Globalinfo.az bildirir ki, hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının söndürülməsi üçün 120 canlı qüvvə, 40 texnika və 2 helikopter cəlb edilib.
***09:38
Rusiyanın paytaxtı Moskvanın şərqində həm istehsalat müəssisəsi, həm də anbar kimi istifadə olunan binada güclü yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, alovlar 4000 kvadrat metr ərazini əhatə edir.
Yanğının söndürülməsi üçün 2 helikopter cəlb edilib. Hadisənin səbəbi açıqlanmayıb.