
Rusiyanın paytaxtı Moskvada ticarət mərkəzində güclü partlayış olub.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Partlayış “Vremena Qoda” ticarət mərkəzində baş verib. Belə ki, qaynar su borunun partlaması nəticəsində 4 nəfər ölüb, 9-u isə yaralanıb.
Moskva meri Sergey Sobyanin hadisə yerində şəhər xidmətləri işlədiyini, bütün zərərçəkənlərə lazımi yardımın göstərildiyini deyib.
Mer bildirib ki, isti su borusunun partlaması böyük qəzaya səbəb olub.
