Moskvada gərginlik: Əliyev Paşinyanı belə susdurdu – VİDEO

Moskvada Avrasiya İttifaqının geniştərkibli iclasında Azərbaycan-Ermənistan liderləri arasında gərginlik yaşanıb.

Globalinfo.az xəbər verir ki, gərginliyə səbəb Ermənistan baş nazirinin Azərbaycan Prezidentinin “Zəngəzur dəhlizi” ifadəsini işlətməsinə reaksiyası olub. Buna cavab olaraq Prezident İlham Əliyev “dəhliz” sözünün beynəlxalq terminologiyada normal işlədildiyini və bunun ərazi iddiası olmasını demək üçün güclü fantaziyaya sahib olunması gərəkdiyini bildirib.

Daha sonra Paşinyan Azərbaycanı Laçın dəhlizini qapatmaqda ittiham edib. Prezident isə Laçın yolunun qapalı olmadığını, post yerləşdirildiyini və Azərbaycanın erməni sakinlərinin buradan maneəsiz istifadə etdiyini söyləyib.

Prezident həmçinin Zəngəzur dəhlizinin Rusiya tərəfindən dəstəkləndiyini də qeyd edib.

İlkin Həsənov