Moskvada film kimi cinayət: təqaüdçü qadın oğlunu…

Moskvalı yaşlı qadın mənzilə görə oğlunun qətlini sifariş edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Məlum olub ki, Moskva sakini təqaüdçü qadın oğlunu qətlə yetirəcək killer tapmaq xahişi ilə rəfiqəsinə müraciət edib. Bunun üçün o, 1 milyon rubl ödəyəcəyini vəd edib.

Rəfiqəsi oğlunu qətlə yetirə biləcək adamı tapıb. Lakin həmin adam qadınların planı barədə polisə məlumat veib.

Əməliyyatçılar qətli səhnələşdiriblər. Həqiqi olması üçün qurbanın güllə yarasını simulyasiya edən makyajla fotoşəkilləri çəkilib.

Qadın oğlunun qətlə yetirildiyi barədə “sübutları” əldə edəndən sonra vəd edilmiş məbləğin yarısını “killerin” hesabına köçürüb. Bundan sonra o, saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb. Cinayətin hər iki iştirakçısı-qadın və rəfiqəsi saxlanılıb. Yaxın vaxtlarda istintaq onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxacaq.