Moskvada dramatik yanğın: Bir ailənin üç üzvü öldü – VİDEO

Moskvanın cənub-qərbindəki yaşayış binasında mənzillərdən birində partlayış baş verib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

İnsident yanvarın 8-də günorta saatlarında Dmitri Ulyanov küçəsindəki 19 mərtəbəli binada yaşanıb. Partlayış 14-cü mərtəbədə olub.

Partlayış nəticəsində mənzilin şüşəsi qırılıb və yanğın başlayıb. Təcili yardım xidmətləri hadisə yerində 3 nəfərin cəsədini aşkarlayıb.

Məlumata görə, ölən iki qadın onlara atəş açan Moskva sakininin anası və bacısı olub.

Atışmadan sonra həmin şəxs mənzili yandıraraq intihar edib. Rusiya İstintaq Komitəsi iki və daha çox şəxsin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi açıb.

Xilasedicilər partlayışın nəticələrini aradan qaldırmağa davam edirlər.

Paytaxt Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.