Moskvada daha bir bomba təhlükəsi: vağzal boşaldıldı

Rusiyanın paytaxtı Moskvada yerləşən “Kursk” vağzalında bomba həyəcanı yaşanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumatda bildirilir ki, vağzala bomba qoyulması barədə anonim zəng daxil olub. Bundan sonra vağzaldakı insanlar binadan təxliyə olunublar.

Əraziyə minaaxtaran və xilasedicilərin cəlb olunduğu bildirilib.

Moskva Polisindən qeyd olunub ki, axtarış-xilasetmə tədbirlərinin nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.