FotoJet 22

Rusiyada, Moskva yaxınlığındakı “Yeni Moskva” deyilən ərazidə yerləşən “Rumyantsevo” tikinti bazarında güclü yanğın baş verib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, yanğın nəticəsində tikinti bazarının ərazisində yerləşən pavilyonlar və bəzi mağazalar yanıb.

“Yanğının söndürülməsi üçün tədbirlər görülür”, – deyə Moskva şəhər administrasiyasının mətbuat xidmətinin məlumatında qeyd olunur.

Hələlik ölən xəsarət alanlar barədə heç bir məlumat verilmir.

Paylaş: