“Moskvada səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB-nin sessiyasında iştirak edir, onun azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü planlaşdırılmır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.
Qeyd edək ki, hər iki nazir MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak üçün Rusiyaya səfər edib. Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüşün keçirilə biləcəyi ehtimal olunurdu.
Əliyar Xəlil
Globalinfo.az