Azərbaycanlı milyarderlərin bazarında yanğın: yaralıların sayı artdı – VİDEO / YENİLƏNİB

Moskvanın “Sadovod” bazarında baş verən yanğın saat 17:00 radələrində söndürülüb.

Globalinfo.az xəbər verir ki,bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi zamanı bir yanğınsöndürən xəsarət alıb.

***16:34

Moskvanın “Sadovod” bazarında baş verən yanğının sahəsi 600 kvadratmetrə çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Sadovod” bazarında baş verən yanğının söndürülməsi üçün “Kobra” yanğınsöndürmə sistemindən istifadə edilib ki, bu da qapalı məkanda baş verən yanğını konteynerlərin içərisinə girmədən dəlik vasitəsilə söndürməyə imkan verir.

Yanğınsöndürmə əməliyyatına 170-dən çox insan və 48 texnika cəlb olunub. FHN yanğın nəticəsində itkilər barədə məlumat daxil olmadığını da açıqlayıb.

Qeyd edək ki, “Sadovod” bazarı yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.

***14:23

Moskvada azərbaycanlı milyarderlərə məxsus Sadovod bazarında baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xəsarət alan şəxslərə tibbi yardım göstərilib. Bazardan 350 nəfərin təxliyə olunduğu bildirilib.

Qeyd edək ki, yəhudi əsilli azərbaycanlı milyarderlərə Qod Nisanov və Zarah İliyevə məxsus Sadovod bazarında yanğın baş verib. Bazarın ticarət pavilyonunda baş verən yanğın 150 kvadrat metr ərazini əhatə edib.