Moskvada azərbaycanlı milyarderin bazarını ermənilər yandırıb, yoxsa Ukrayna kəşfiyyatı?

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı milyarderlərə məxsus bazarın yanması birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə hadisəni ermənilərin törətdiyi iddia olunur. Buna səbəb kimi isə 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafından olan “Food City” bazarının sahibi Qod Nisanovun ermənilərin meyvə-tərəvəzini öz bazarına buraxmaması göstərilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Moskvada ticarət mərkəzində baş vermiş yanğınlarla əlaqədar kütləvi informasiya vasitələrində müxtəlif fikirlər səslənməkdədir:

Azad Məsiyev

“Rusiya mətbuatında da qeyd olunur ki, həmin yanğınlar Ukrayna kəşfiyyat orqanlarının təxribat pozuculuq niyyəti ilə törədilmiş bir təxribatdır. Bu məsələdə müxtəlif fikirlər səsləndirlir. Hadisənin gedişinə araşdırmadan qiymət vermək düzgün olmaz. Bu cür obyektlərdə baş verən yanğınlar hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Yəqin ki, istintaq aparılacaq və bu yanğının nədən törədildiyi və nədən baş verdiyi araşdırıldıqdan sonra ona hüquqi qiymət veriləcək”.

Politoloqun sözlərinə görə, baş vermiş yanğınlarla bağlı hər hansı bir qənaətə gəlmək tezdir:

“Çünki hüquq mühafizə orqanları hələ ki, bir rəy verməyiblər. Bu baxımdan hadisələrdə xarici qüvvələrin əlinin olub-olmaması barədə birmənalı olaraq fikir bildirmək çox çətindir. Hadisələrin gedişini izlədikdən sonra hüquq mühafizə orqanlarının verəcəyi rəyə uğun cavablar tapmaq olar”.

Zaira Akifqızı
Globalinfo.az