msk

Moskvada yaşadıqları binanın qarşısında meyiti tapılan azərbaycanlı ər-arvadla bağlı bəzi təfərrüatlar məlum olub.

Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, meyiti tapılan, 1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kənd sakinidir.

Həyat yoldaşı, 1987- ci il təvəllüdlü Ayğün Yaqub qızı Hüseynova isə Rusuya vətəndaşıdır.

Əvvəllər rayon ərazisində yerləşən şadlıq evində çalışan V. Nağıyev 10 ilə yaxındır işləmək məqsədi ilə Rusiyaya gedib.

    Mərhumun nəşi bu gecə doğulduğu Ucar rayonuna gətiriləcək.

    Paylaş: