Bayramov-Mirzoyan görüşü başa çatdı – YENİLƏNİB

Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüş başa çatıb.

Globalinfo.az xəbər verir ki, görüş bu dəqiqələrdə bitib.

***17:15

“Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında görüş keçirilir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Görüşdən sonra tərəflər hansı nəticənin əldə olunması haqda bizə məlumat verəcəklər”, – o bildirib.