usakov 121

“Ukrayna Prezidenti Volodimir Zelenski müharibəyə son qoymaq istəyirsə, Rusiya və ABŞ-ın təkliflərinə müsbət cavab verməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O qeyd edib ki, Rusiya məsələni danışıqlar yolu ilə həll etmək istəyir, lakin bu, Zelenskidən asılıdır.

Qeyd edək ki, aprelin 29-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Söhbət zamanı digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişəni də müzakirə ediblər.

Amerika lideri hərbi əməliyyatlara tez bir zamanda son qoyulmasının vacibliyini bir daha vurğulayıb və ABŞ nümayəndələrinin hər iki tərəflə əlaqə saxlamağa davam edəcəyinə söz verib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: