“Moskva təhlükədədi” – kəşfiyyatçıdan qorxunc proqnoz

“Əgər biz Moskva səmasında hədəfləri vururuqsa, demək ki, artıq məğlub olmuşuq”.

Globalinfo.az xəbər verir ki, bu barədə rusiyalı keçmiş hərbi kəşfiyyatçı, Rusiya qəhrəmanı Rüstəm Klupov danışıb.

O, qonaq olduğu verilişlərdən birində “Moskva-Siti” yaşayış kompleksinə dron hücumlarını şərh edib.

“Hava hücumundan müdafiə sistemlərinin effektivlik əmsalı 0,7-dir. Moskva sakinləri üçün bu tamamilə yetərsiz göstəricidir. Əgər ukraynalılar 100 təyyarə buraxsalar, bu o deməkdir ki, onlardan 30-u Moskvaya qədər uça biləcək. Bu Rusiya üçün qəbuledilməz itki anlamına gəlir”, – deyə o qeyd edib.

Xatırladaq ki, son günlər Rusiya ərazisinə, xüsusən Moskva istiqamətinə Ukrayna dronlarının hücumu intensivləşməyə başlayıb.

İntiqam Əhmədov
Globalinfo.az