“Rusia vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı bu ölkənin hüquq mühafizə orqanları ilə əlaqə saxlayırı”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, Moskvanın Bakı ilə daimi təmasda olduğunu bildirib:
“Biz bu məsələdə Azərbaycan hüquq mühafizə orqanları ilə əladəyik. Bütün məsələlərin mövcud siyasi və diplomatik kanallar vasitəsilə tərəfdaşlıq şəraitində həll olunmasasını düşünürük”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi “Sputnik Azərbaycan”ın ofisində əməliyyat keçirib və nəticədə agentliyin bir neçə əməkdaşı saxlanılıb.
Əliyar Xəlil
Globalinfo.az