Moskva limanları iflic oldu: gecikmələr, ləğvlər…

Moskvanın üç hava limanında 21 reys ləğv edilib və təxirə salınıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, “Domodedovo”da altı təyyarənin uçuşu gecikib, ikisi ləğv edilib, “Vnukovo”ya iki reys təxirə salınıb, altısı ləğv edilib, “Şeremetyevo”da beş reys gecikib.

Hava limanlarında uçuş vaxtlarının kütləvi şəkildə dəyişdirilməsinin səbəbləri barədə məlumat verilmir.