
Ukrayna əsirlərin mübadiləsi üzrə siyahını Rusiyaya təqdim edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov TASS-a açıqlamasında məlumat verib.
Peskov Rusiyanın Ukraynadan qarşılıqlı əsir siyahısını alıb-almadığı ilə bağlı suala cavab olaraq “Bəli, doğrudur, siyahı artıq alınıb”, – deyə bildirib.
Qeyd edək ki, əsir mübadiləsi üzrə razılaşma Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən danışıqlar zamanı əldə olunub. Mübadilə “1000-ə qarşı 1000” prinsipi əsasında həyata keçiriləcək.
Aysel Əliyeva
Globalinfo.az