
Moskvanın Şeremetyevo hava limanında iki sərnişin təyyarəsi zədələnib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.
Moskvadan Sankt-Peterburqa uçan “Sukhoi Superjet 100” təyyarəsi ilə Çinin Hainan Hava Yollarına məxsus “Airbus A330” təyyarəsi uçuş-enmə zolağında toqquşub.
Toqquşma nəticəsində superjetin quyruq hissəsi, “Airbus A330”-un isə qanadı zərər görüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Tahir Turan
Globalinfo.az