Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynadakı müharibəni 2008-ci ildə Gürcüstanda baş verən hadisələrlə müqayisə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında yazıb.
D.Medvedev Ukraynada davam edən əməliyyatlarda da Rusiyanın qələbə çalacağını bildirib:
“2008-ci ildə biz o qəddar Mixail Saakaşvilinin basqınından xalqımızı qoruduq və ölkəmizin maraqlarını müdafiə etdik. Hazırkı hərbi kampaniya da Rusiyanın qələbəsi ilə başa çatacaq”
Qeyd edək ki, 2008-ci il avqustun 8-də Tbilisidən Cənubi Osetiyanın paytaxtı Tsxinvali kütləvi atəşə tutulub. Nəticədə Rusiya və Gürcüstan arasında münaqişə baş verib. Döyüşlər cəmi beş gün davam edib. Qarşıdurmadan sonra Tbilisi və Moskva arasında diplomatik münasibətlər kəsilib. Rusiya isə Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.
Safura Bənnayeva
Globalinfo.az