Moskva aeroportlarında uçuşlar kütləvi şəkildə təxirə salındı

Rusiyanın paytaxtı Moskvada bir gündə 63 reys təxirə salınıb.

Globalinfo.az xəbər verir ki, Rusiya mətbuatı bu barədə Moskvanın hava limanlarının onlayn tablosunun məlumatlarına istinadən xəbər yayıb.

Təkcə Şeremetyevo hava limanında 45 reys, Domodedovo və Şeremetyevo aeroportlarının hər birində yeddi reys təxirə salınıb.

Jukovskidə isə üç reys gecikib, biri ləğv edilib.

Xatırladaq ki, Moskva aeroportlarında uçuşların təxirə salınmasının səbəbi Rusiya paytaxtına təşkil olunan dron hücumlarıdır.