Moped PPX maşını ilə toqquşdu: Xəsarət alan var – VİDEO

Bayıl qəsəbəsində ağır yol qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, moped ərazidə xidmət aparan polisin xidməti avtomobili ilə toqquşub.

Məlumata görə, qəza nəticəsində mopedin sürücüsü ağır yaralanıb.

Hadisə ilə bağlı DİN-in mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumatda bildirilib ki, paytaxtın Səbail rayonunda manevr qaydalarını pozan moped ərazidə xidmət aparan polisin xidməti avtomobilinə dəyib.

“Mopedin sürücüsü polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Həyat və sağlamlığı üçün təhlükə yoxdur”, – deyə məlumatda qeyd edilib.