nocomment 2219b44224d4e835b46bbe2204eb3d7f gnafbh32jyk0694s8mvt

“İrandakı aksiyalar kifayət qədər mütəşəkkildir. Mitinqlərin yaxın vaxtda başa çatacağı ağlabatan deyil. Çox güman, etirazçılar istədiklərinə nail olanadək mübarizə aparacaqlar”. 

Bu sözləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov İranda rejim əleyhinə etiraz aksiyalarının miqyasının böyüməsi və Zahidan, Xaş, Sərəvan, Raskda, Tehran, Ekbatan, Lahican, Kərəc, Əlburz, Rəşt, Gilan və digər şəhərlərə keçməsi haqda danışarkən deyib.

f657b4f3 ec9c 4eec b505 95220642c459

Kənan Novruzov

Onun sözlərinə görə, küçələrə çıxan etirazçılar “Abırsız sənsən, əxlaqsız sənsən, mən azad qadınam!”, “Bəsiciyə ölüm!”, “Xameneyiyə ölüm!” və digər şüarlar səsləndiriblər:

“Təxminən bir aydır ki, İranda vəziyyət gərgindir. Çadrasız gəzdiyinə görə gənc qızın öldürülməsindən sonra ölkədə aksiyalar dayanmır. Etirazlar yaxın vaxtlarda səngiyənə oxşamır. Çünki hazırkı mitinqlər uzun illər hakimiyyətin davam etdirdiyi istibdadın nəticəsidir. Əslində yerli xalq hakimiyyətin əlindən çoxdan bezib. Ayağa qalxmaq üçün sadəcə bir təkan lazım idi. Və o təkan tapıldı.

Bu ərəfədə İranda belə ciddi miqyasda etiraz aksiyalarının keçirilməsini təsadüfi hesab etmirəm. Mitinqlərdə ikinci tərəfin, o cümlədən ABŞ-ın əlinin olması istisna deyil. Nəzərə almaq lazımdır ki, adətən təbii aksiyalar maksimum 10 gün davam edir. İranda isə mitinqlər bir aydan çoxdur səngimir. Kənar gücün təsiri olmadan bunların baş verməsi mümkünsüzdür”.

Ekspertin sözlərinə görə, İrandakı aksiyalar kifayət qədər mütəşəkkildir:

“Yaxın gələcəkdə İrandakı aksiyaların miqyasının daha da genişlənəcəyi mümkündür. Bu, gələcəkdə Cənubi Azərbaycana muxtariyyətin verilməsi, hətta Cənubi Azərbaycanın müstəqilləşməsi ilə nəticələnə bilər.

İkinci bir tərəfdən, İrandakı molla rejiminin süqutuna da çox qalmayıb. Böyük ehtimalla İrandakı aksiyaların nəticələrindən biri də məhz bu olacaq. Hər halda Qərb bu cür fürsəti əldən verməz.

Beləliklə, İranda baş verən aksiyalar “rəngli inqilabı” xatırladır və nəticəsiz qalmayacaq”.

Turan Rzayev, Globalinfo.az

Paylaş: