Moldovanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

Moldovanın müvəqqəti işlər vəkili Aleksandr Ketraru Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Diplomatik nümayəndənin Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunması bir qədər əvvvəl mətbuatda Ukraynaya veriləcək “F-16” qırıcılarının Moldovada yerləşən aerodromlarda saxlanılacağı və Rusiya ərazisinə məhz buradan istiqamətlənəcəyi barədə məlumatların yayılması ilə əlaqədardır.

“Moldovanı neytral qalmağa və Ukrayna böhranının gərginləşməsinə səbəb ola biləcək addımlar atmamağa çağırırıq”, – məlumatda vurğulanır.