Moldovada prezident seçkilərinin ikinci turunda saat 10:00-da (Bakı vaxtı ilə 12:00) seçici fəallığı birinci turla müqayisədə 25% yüksəkdir.
Globalinfo.az xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
***
Bu gün Moldovada prezident seçkisinin ikinci turu keçirilir.
Globalinfo.az xəbər verir ki, seçkidə hazırkı prezident Maya Sandu və keçmiş baş prokuror Aleksandr Stoyanoqlo mübarizə aparır.
Oktyabrın 20-də keçirilən səsvermənin birinci turunda Sandu 42,49% (656 852 seçici), Stoyanoqlo isə 25,95% səs (401 215 seçici) toplayıb.