Moldovada fövqəladə vəziyyət 2 ay uzadıldı

Moldovada fövqəladə vəziyyət aprelin 5-dən daha iki ay müddətinə uzadılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Moldova parlamentinin martın 30-da keçirilən iclasında qərar qəbul edilib.

Hökumətin fövqəladə vəziyyətin müddətinin uzadılması təklifi 61 deputatın səsi ilə təsdiqlənib.

Moldova hökuməti bəyan edib ki, Ukraynada müharibə davam etdiyi üçün belə bir addımın tətbiqi zəruridir.