Moldovanı Aİ-yə aparan şəxs istefa verdi

Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku istefa verib. 

Globalinfo.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında istefasını açıqlayıb.

“Mənə fasilə lazımdır. Lakin Moldovanın Avropa İttifaqına daxil olması üçün hakim komandanın səylərinə töhfə verməyə davam edəcəyəm”, – N.Popesku bildirib.

Qeyd edək ki, o, 2021-ci ilin avqust ayından Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinə rəhbərlik edir. Moldova Niku Popeskunun fəaliyyəti müddətində Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu alıb və bu istiqamətdə rəsmi danışıqlar prosesinə başlayıb.

Ayşən Mustafa
Globalinfo.az