Moldova səfiri Rusiya XİN-ə çağırıldı

Moldovanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

Rusiyalı diplomatın Moldovadan çıxarılması və Rusiya nümayəndə heyətinin FAO-nun sessiyasına buraxılmaması ilə bağlı ona etiraz edilib.

Moskva cavab tədbiri kimi Moldovanın Rusiyadakı səfirliyinin əməkdaşını persona non-qrata elan edib