moldova

Moldovaya girişinə icazə verilməyən 40-dan çox azərbaycanlı tələbə ölkəyə qaytarılacaq.

Globalinfo.az bildirir ki, bunu “Report”un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, Azərbaycanın Moldovadakı Səfirliyi məsələ barədə məlumatlıdır və qeyd edilən gənclərə hər bir dəstək göstərilib:

“Ancaq Moldova tərəfi onların universitetə qəbul sənədləri qaydasında olmadığı üçün ölkəyə girişinə icazə verməyib. Onlar ölkəmizə geri qaytarılacaq”.

Paylaş: