Modelin 7 milyonluq malikanəsi kül oldu – FOTO

Məşhur model Kara Delevinnin Los-Ancelesdəki 7 milyon dollarlıq malikanəsi yanaraq kül olub.

Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, həm də aktrisalıq edən ingilis model yanğın zamanı evdə olmayıb. O, teatr tamaşası üçün Londona gedib.

Bildirilir ki, gecə 4 radələrində evin arxa bağçasından başlayan yanğın qısa müddətdə evə də keçib və malikanə tam olaraq yanıb.

“İnana bilmirəm. Həyat bir anda dəyişə bilər. Sahib olduqlarınızın qiymətini bilin”, – model İnstaqram hesabında hadisəyə münasibət bildirərkən yazıb.

Yanğının dəqiq səbəbi məlum deyil.

Qeyd edilir ki, model 2019-cu ildə bu mülkü 7 milyon dollara alıb.