“Möcüzə gözləməyin” – Ukrayna rəsmisindən bədbin proqnoz

i 12

Rusiya müharibəni davam etdirmək üçün kifayət qədər resursa malikdir.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnı “Təhlükəsizliyin ixracı: Ukrayna silahı dünyada” adlı forumda çıxışı zamanı səsləndirib.

O, ölkəsinin 1991-ci il sərhədlərinə qayıtmaq ümidi ilə bağlı nikbin danışmayıb.

“Ümid edirəm ki, bu zalda artıq heç kim möcüzəyə – hansısa “ağ qu quşuna” – ümid bəsləmir. Elə bir möcüzəyə ki, o gəlib Ukraynaya sülh, 1991-ci və ya 2022-ci il sərhədlərini qaytarsın və sonra hamımız xoşbəxt olaq. Mənim şəxsi fikrim budur ki, düşmən tərəfinin hələ də bizim əraziləri vurmaq, hücumlar təşkil etmək üçün resursu, gücü və vasitələri var”, – deyə Zalujnı bildirib.

O, real vəziyyətlə barışmağın və bu şəraitdə hərbi-siyasi strategiyanı yenidən qurmağın vacibliyinə işarə edib.

Aysel Əliyeva
Globalinfo.az