MN-in sərt bəyanatının şifrəsi: antiterror əməliyyatları başlayır?

“Separatçılar faktiki olaraq Ermənistandan Azərbaycana qanunsuz silah-sursat daşıyırlar. Buna mane olmaq istəyən Azərbaycan hərbçilərinə isə atəş açıb, həlak edirlər. Bu, rəsmi Bakının antiterror əməliyyatına başlaması üçün səbəbdir”.

Bu sözləri Globalinfo.az-a hərbi ekspert Azad İsazadə Müdafiə Nazirliyinin son bəyanatı fonunda Azərbaycanın Qarabağda antiterror əməliyyatlarına başlaması haqda danışarkən deyib.

O bildirib ki, ən qısa zamanda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə antiterror əməliyyatları başlamalıdır:

“Bu gün Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin olmasının səbəbkarı Rusiya sülhməramlılarıdır. Çünki 10 noyabr Bəyanatına görə, sülhməramlılar erməniləri tərk-silah etməli, Azərbaycan ərazisindən çıxarmalı idilər. Artıq üç il keçib və biz bunun tam əksinin şahidi oluruq.

Hesab edirəm, antiterror əməliyyatının keçirilməsi kifayət deyil, Rusiya sülhməramlıları da ölkəmizi tərk etməlidir. Terrorçulara dəstək verən sülhməramlıların fəaliyyəti artıq legitim deyil. Real yanaşmaq lazımdır: sülhməramlılar nə qanunsuz silah daşınmasının qarşısını alır, nə də erməni silahlılarını tərk-silah edir. Bu da azmış kimi, hərbçilərimiz şəhid edilir.

Əgər sülhməramlıların Qarabağdakı silahlı separatçıları tərk-silah etsələr, ərazidə varlıqlarını davam etdirə bilərlər. Təbii ki, 10 noyabr Bəyanatında göstərilən müddət ərzində…”

Turan Rzayev
Globalinfo.az