Ermənistanın PUA-ları məhv edildi – FOTO / YENİLƏNİB

Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.

Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilmişdir.

Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks olunur.

***19:30

Mayın 12-si saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür. Bölmələrimiz itki verməyib”, məlumatda deyilir.