MN: “Azərbaycan Ordusunun bölmələri bir-birinə və ermənilərin mövqelərinə atəş açmayıb”

“Azərbaycan Ordusunun bölmələri bir-birinə və ermənilərin mövqelərinə atəş açmayıb”.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlcə bir-birinə, daha sonra isə qarşı tərəfin mövqeləri istiqamətində atəş açması ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Heç bir real əsası olmayan bu uydurma məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.