MM-dən Mövlud Süleymanlının vəfatına reaksiya

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi xalq yazıçısı Mövlud Süleymanlının ailəsinə başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, başsağlığında qeyd olunub:

“Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Görkəmli nasir, dramaturq, ssenarist, “Şöhrət”, “Şərəf” ordenləri laureatı, xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib.

Xalq yazıçısının ailəsinə, bütün doğmalarına başsağlığı verir, səbr diləyirik. Uca Tanrı rəhmət eləsin”.

Qeyd edək ki, M.Süleymanlı 18 mart 1943-cü ildə anadan olub. Bu gün vəfat edən yazıçı bir müddət öncə insult dianozu ilə xəstəxanaya yerləşdirilmişdi, komada idi.