Mixail Aqarunov vəfat etdi

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü, Ağsaqqallar Şurasının sədri Mixail Aqarunov 87 yaşında vəfat edib.

Bu barədə Globalinfo.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mixail Aqarunov 4 dekabr 1936-cı il tarixində Bakıda dünyaya gəlib.

2004-cü ildən İsrailə repatriasiya edən Mixail Aqarunov 2006-cı ildən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü seçilib. Ümumdünya Yəhudi Konqresinin 10-cu Baş Assambleyasının, Avrasiya Yəhudi Konqresinin təsis qurultaylarının, Rusdilli Yəhudilərin Ümumdünya Konqresinin və Dağ Yəhudilərinin Ümumdünya Konqresinin nümayəndəsi olub.

Azərbaycan Respublikasının “Tərəqqi” və “Diaspor fəaliyyətində xidmətə görə” medalları ilə təltif edilib.