Mişustin Bakıdan qayıdan kimi tapşırıq verdi

Rusiyanın Baş naziri Mixail Mişustin müavinlərinə Moskva və Bakı arasındakı danışıqlarda əldə olunmuş razılaşmaların icrasına nəzarət etməyi tapşırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, baş nazir müavinləri ilə keçirdiyi iclasda 5-6 mart tarixlərində Azərbaycana səfərinin nəticələrini də müzakirə edib.

M.Mişustin Azərbaycan ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirib.

“Həmkarlar, nəzarət etdiyiniz ərazilərdə azərbaycanlı həmkarlarımızla əldə olunmuş razılaşmaların necə icra olunduğunu diqqətlə izləyin”, – baş nazir iclasda qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az