“İsrailin zərbəsi Qəzzada atəşkəs əldə etmək səylərini sarsıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi deyib.
Onun sözlərinə görə, bu cür hərəkətlər münaqişənin sülh yolu ilə həllinə ziddir və danışıqlar prosesini çətinləşdirir.
Fransa Prezidenti Emmanuel Makron və Birləşmiş Krallığın Baş naziri Kir Starmer də İsrailin Dohaya hücumunu qınayıb. Makron müharibənin miqyasının genişlənməsindən narahatlığını dilə gətirib. O, qeyd edib ki, heç bir halda müharibə bütün bölgəyə yayılmamalıdır.
Birləşmiş Krallığın Baş naziri Kir Starmer isə hücumla bağlı “X” hesabında paylaşım edib. Baş nazir paylaşımında bu hücumun Qətərin suverenliyini pozduğunu və bölgədə daha günişmiqyaslı gərginlik riskini artırdığını bildirib.
Əliyar Xəlil
Globalinfo.az