Çəyirtkələr Abşeron rayonu ərazisindəki çimərliyə axın edib.
Globalinfo.az Baku.vs-ə istinadən xəbər verir ki, görüntülər yay aylarında sakinlərin ən çox üz tutduğu Novxanı çimərliyində qeydə alınıb.
Sumqayıtda dənizkənarı ərazilərə də çəyirtkələrin kütləvi axınının görüntüləri yayılıb.
Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru dosent Barat Əhmədov Oxu.az-a açıqlamasında Abşeron yarımadası ərazisində yayılan çəyirtkənin Misir çəyirtkəsinə bənzədiyini bildirib:
Onun sözlərinə görə, bir neçə il bundan əvvəl də sözügedən ərazilərdə çəyirtkə yayılmışdı:
“Onda da Bitki Mühafizəsi İdarəsi tərəfindən dərmanlama aparıldı və onlar məhv oldular. Görünür, hardasa onların populyasiyaları qalıb. Çəyirtkələr ildə iki-üç dəfə nəsil artırırlar.
Abşeronda bəzi bitki örtüyü zəngin olan yerlərdə məskunlaşır və qidalanırlar. Görünür, onların yumurta qoyduqları ərazilər ya əkin sahəsinə çevrilib, ya da oradakı bitki örtüyü ləğv edilib. Ona görə də qidalanmaq üçün müxtəlif yerlərə uçub gedirlər.
Qorxulu bir şey yoxdur”.
