Mişel Ermənistanı sıxışdırdıqlarını etiraf etdi – Surenyants

surenyants

“Şarl Mişel “Ermənistan-Azərbaycan birbaşa dialoqunu asanlaşdırmaq üçün AB hər şeyi etdi” deməklə Ermənistanın sıxışdırılmasına AB-nin səbəb olduğunu faktiki etiraf etmiş oldu”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

“Qərb oyunçuları bir tərəfdən Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasından çıxarılmasını, digər tərəfdən bu proses vasitəsilə Cənubi Qafqazda mövcudluqlarını təmin etməyə nail oldular. Faktiki olaraq Mişel Ermənistanın sıxışdırılmasını təmin etdi. Məhz bugünkü güc disbalansı vasitəçisiz danışıqlara zəmin yaradır”, – o bildirib.

Əliyar Xəlil
Globalinfo.az