mirzoyan 11

Ermənistanda “qanuni oğru” Gevorq İsraelyan həbs edilib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, kriminal avtoritet hazırkı xarici işlər naziri Ararat Mirzoyana qarşı zorakılıq işində də ittiham olunur.

Xatırladaq ki, dünən Ermənistan İstintaq Komitəsi kriminal iyerarxiyada ən yüksək avtoritet  statusuna malik olan İsrailyanın vətəndaşa borcun qaytarılması məsələsini öz üzərinə götürdüyünü bildirmişdi. O, vətəndaşı əmin edib ki, öz təsirindən istifadə edərək borclunu 12900 ABŞ dollarını hissə-hissə qaytarmağa məcbur edəcək.

Hüquq-mühafizə orqanları hədə-qorxu ilə pul tələb etmə faktının üstünü açıb.

İsrailyan Ermənistan Cinayət Məcəlləsinin 322-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunub

Paylaş: