İrəvandan Xankəndi haqda pozitiv açıqlama

“Qarabağ ermənilərinin gələcəyi ilə bağlı danışıq aparmaq kimi bir səlahiyyətimiz yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deputatların suallarını cavablandırarkən deyib.

“Onlarla bağlı hər hansı status müəyyənləşdirməyə haqqımız yoxdur. Belə bir iddia irəli sürməmişik, buna çalışmırıq da. Proseslər çərçivəsində müzakirələr Qarabağ erməniləri ilə rəsmi Bakı arasında aparılmalıdır. Bunun üçün dialoq mexanizmi yaradılmalı, Qarabağ ermənilərinin gələcək taleyi üçün onlarda sual yaradan bütün məsələlər o platformada müzakirə olunmalıdır”, – Mirzoyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az