Bakıdan eşitməmişəm, Lavrov deyib – Mirzoyan

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın Rusiyada sülh müqaviləsi imzalamağa hazır olması barədə bəyanatını rəsmi Bakıdan eşitməmişəm”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Ola bilər, Lavrovun belə danışması üçün əsası var”, –  XİN rəhbəri bildirib.

Qeyd edək ki, S.Lavrov bir qədər əvvəl rəsmi Bakının Rusiyada sülh müqaviləsi imzalamağa hazır olduğunu iddia edib.

Zaira Akifqızı
Globalinfo.az