Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murad Nurtleu arasında telefon danışığı olub.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Ermənistan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın gündəliyi, o cümlədən tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş cari işlər müzakirə edilib.
Tərəflər regional sabitlik və təhlükəsizliklə bağlı məsələlər, o cümlədən regional logistika əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.