mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya səfərə yola düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mirzoyanın MDB Xarici İşlər Nazirlərinin Şurasında iştirak edəcəyi bildirilir.

Qeyd edək ki, bu gün – oktyabrın 7-də MDB Dövlət Başçıları Şurasının iclasının da keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da sözügedən iclasda iştirak etmək üçün Moskvaya səfər edib.

Paylaş: