Mirzoyan Borrellə “humanitar böhran”dan şikayətləndi – Nələri müzakirə etdilər?

Avqustun 2-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, Mirzoyan Borrellə Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində məskunlaşan erməni icmasının “humanitar böhran”la üzləşdiyi haqda ənənəvi erməni təbliğatına uyğun məlumat verib.

Həmsöhbətlər regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Onlar Qarabağda (Berdzor) Laçın dəhlizini və Vaqif Xaçatryanın Azərbaycanın sərhəd xidməti tərəfindən saxlanılmasını müzakirə ediblər.