
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Danışıq zamanı nazirlər Ermənistan-Fransa ikitərəfli tərəfdaşlığı gündəliyində olan məsələləri müzakirə ediblər.
Mirzoyan regiondakı vəziyyəti və Cənubi Qafqazda sülhün bərqərar olunmasına yönəlmiş davam edən səylər barədə məlumat verib. O, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının və dövlətlərarası münasibətlərin qurulmasının vacibliyini vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az