Mirzoyan “Anadolu”ya müsahibə verdi: “Yeni sərhədlər çəkməyə…” 

“Tərəflər 1991-ci il Almatı Bəyannaməsi çərçivəsində bir-birinin sərhədlərini tanımalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesini və Azərbaycanla bağlı son hadisələri şərh edib.

Mirzoyan Ermənistanın Almatı bəyannaməsini sülh müqaviləsinə daxil etmək istədiyini vurğulayıb və yeni sərhədlər çəkməyə heç kimin haqqı olmadığını deyib.

Əliyar Xəlil
Globalinfo.az