Mirzoyan yenə “Nikol planı”nı ortaya atdı

“Azərbaycan və Ermənistan heç bir qeyri-müəyyənlik olmadan bir-birinin ərazi bütövlüyünü tanımalıdırlar”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Kommunikasiyaların açılması, iqtisadi və nəqliyyat infrastrukturunun təmin edilməsi regionda davamlı sülhün təşviqinə töfhə verə bilər. Kommunikasiyalar ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində, bərabərlik prinsipi əsasında açılmalıdır. Ermənistan bunun üçün “Sülhün kəsişməsi” layihəsini təqdim edib”, – A.Mirzoyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az